Mirça Luçesku: "Görünür, "Atletik" rəqibə dırnaqarası yanaşıb"
ÇL-in qrup mərhələsinin 3-cü turunda BATE üzərində 7:0-lıq qələbəni “Şaxtyor”un baş məşqçisi Mirça Luçesku dəyərləndirib.
Sportal.az xəbər verir ki, rmıniyalı mütəxəssisin oyunla bağlı fikirləri belə olub:
“Əsas odur ki, vacib 3 xal qazandıq. Xüsusən də komandam birinci hissədə baxımlı oyun sərgilədi. Pressinq hesabına rəqibin oyun planını pozduq. Əks-hücumlara sürətlə çıxıb onların qapısı qarşısında təhlükəli vəziyyətlər yaratdıq.
İkinci hissədə də üstünlüyi əldən verməmək üçün topa daha çox nəzarət etdik. BATE-nin oyununu yaxşı təhlil etmişdik. Görünür, “Atletik” rəqibə dırnaqrası yanaşıb. Nəticədə də onlar məğlubiyyətlə üzləşdilər. Düşnürəm ki, cavab matçına qədər BATE toparlanıb tam başqa oyun göstərəcək”.
saytlarin hazirlanmasi