"Zadəganlar" rəqibini darmadağın etdi
Çempionlar Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, “Çelsi” dogma azarkeşləri önündə “Maribor” komandasını 6:0 hesabı ilə məğlub edib.
Darmadağının təməlini 13-cü dəqiqədə Remi qoyubsa, on dəqiqə sonra Didye Droqba fərqlənib. Terrinin qoluyla fasiləyə 3:0-lıq üstünlüklə yollanan “zadəganlar” ikinci 45 dəqiqədə də ənənəyə sadiq qalaraq daha 3 top vurublar.
“Çelsi” - “Maribor” 6:0
Qollar: Remi, 13, Droqba, 23, Terri, 31, Viler, 54-öz qapısına, Azard, 77-pen, 90
saytlarin hazirlanmasi