"Kubok ikinci plandadır"

16:45 - 22 Oktyabr 2014

Biz "Qarabağ"la oyunda mübarizə aparmağa çalışacağıq

 

"Qələbə qazandığımız üçün sevinirik. Bu oyunda qələbə bizim üçün vacib idi. Çempionatda ardıcıl oyunlarda xallar itirdik. Amma kubokda yaxşı çıxış edib, mərhələ adladıq. Bu qələbə bizdə motivasiyanı artıracaq".
 
Sportal.az xəbər verir ki, bu sözləri MOİK klubunun baş məşqçisi Namiq Adilov Azərbaycan kubokunun 1/16 finalında qalib gəldikləri "Lokomotiv"lə oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.

N.Adilov kubokun ikinci planda olduğunu bildirib: "Oyuna gəldikdə, çətin qarşılaşma oldu. Bu oyunun taleyini 1 qol həll edəcəkdi. Həmin qolu da biz vurduq. Kubokda “Qarabağ”la qarşılaşacağıq. Biz bu oyunda mübarizə aparmağa çalışacağıq. Lakin bizim üçün əsas olan çempionatda mümkün qədər irəli getməkdir. Kubok ikinci plandadır".

Xəbər xətti