Komanda tarixə düşdü
"Şaxtyor" (Donetsk) Çempionlar Liqasında tarix yazıb.
Sportal.az xəbər verir ki, Ukrayna təmsilçisi dünən ÇL-in üçüncü turunda BATE ilə qarşılaşmada birinci hissədə 6 qol vurub. "Şaxtyor" ÇL-in tarixində birinci hissədə 6 dəfə fərqlənən ilk komanda kimi tarixə düşüb.
Qeyd edək ki, BATE - "Şaxtyor" oyunu ikincilərin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.