Erik Ramos qalmaqalla yadda qaldı
Bu gün "Bakı" və "Neftçi" komandaları arasında keçirilən yoldaşlıq görüşündə qalmaqal yaşanıb.
Sportal.az xəbər verir ki, matçın 41-ci dəqiqəsində "Neftçi"nin müdafiəçisi Erik Ramos "Bakı"nın futbolçusu Nurlan Novruzovu yumruqla vurub.
Braziliyalı futbolçu bu hərəkətinə görə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.
"Neftçi"nin baş məşqçisi Arif Əsədov hadisə ilə bağlı Qol.Az-a açıqlamasında Ramosun hərəkətini pisləyib və bu hərəkətin yolverilməz olduğunu bildirib. Təcrübəli mütəxəssis "Neftçi" klubunun rəhbərliyinin futbolçunu bu hərəkətinə görə cəzalandıracağını vurğulayıb.
Qeyd edək ki, "Bakı" - "Neftçi" oyunu 4:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Mənbə:Qol.az
saytlarin hazirlanmasi