Təbrik məktubu yollandı
"Neftçi" PFK Braziliyanın Azərbaycandakı Səfirliyinə bu ölkənin Respublika elan olunmasının 125 illiyi münasibəti ilə təbrik məktubu ünvanlayıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klub rəhbərliyi adından göndərilmiş məktubda Braziliya xalqının 15 noyabr – Respublika Günü bayramı təbrik edilib.
Qeyd olunub ki, dünyanın bir çox ölkələrindəolduğu kimi Azərbaycanda da braziliyalı futbolçulara üstünlük verilir. Təsadüfi deyil ki, “Neftçi” PFK-ya transfer olunan futbolçuların arasında Braziliya vətəndaşları çoxluq təşkil edir. Bundan başqa Azərbaycan vəBraziliya dövlətləri arasında inkişaf edən əlaqələrin yüksək səviyyədəolması da məktubda vurğulanıb. Braziliyanın Azərbaycandakı fövqəladəvəsəlahiyyətli səfiri Santiaqo Luis Bento Fernandez Alcazara üzərində“Neftçi”nin kapitanı, braziliyalı futbolçu Flavinyonun, eləcədəkomandanın digər üzvlərinin imzası olan top hədiyyəolunub.
saytlarin hazirlanmasi