"Norveç daha çox müdafiəni düşünürdü" MÜSAHİBƏ

17:45 - 17 Noyabr 2014

"Son nöqtəni qoya biləcək futbolçumuz yox idi"

 

Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi

 

- Norveçə məğlubiyyətin səbəbini nədə görürsüz?
- İlk dəqiqələrdən hücum futbolu sərgiləməyə çalışdıq. Topa nəzarət edirdik, hücumlar qururduq. Rəqib daha çox müdafiə haqda düşünürdü. Onların künc zərbəsi zamanı vurduğu qol rəqibə çox kömək etdi. Ondan sonra norveçlilər müdafiəyə çəkildilər, bizi əks-hücumlarda tutmağa çalışdılar.

 

- Belə oynamaq baş məşqçinin tapşırığı idi?
- Hə. Mahmud Qurbanov istəyirdi ki, topa daha çox nəzarət edək, hücumlar quraq. Uşaqlar da böyük istəklə mübarizə apardılar.

 

- Bəs nə çatışmadı?
- Ustalıq, son ötürmə, son zərbə. Bütün bunlar hamısı olsaydı, nəticə fərqli ola bilərdi. Son nöqtəni qoya biləcək futbolçumuz yox idi.

 

- Qurbanovu Berti Foqtsla necə müqayisə etmək olar?
- Müqayisə etmək istəmirəm. Foqts altı il burada çalışıb. Onun rəhbərliyi altında rekord xal yığmışıq. Sadəcə, bu tsikl qalmaq istəmədi və getdi.

Xəbər xətti