Azarkeş klubu xərcə saldı
UEFA Türkiyənin "Trabzonspor" klubunu cəzalandırıb.
Sportal.az xəbər veirr ki, buna səbəb Türkiyə təmsilçisinin azarkeşlərindən birinin Avropa Liqasının qrup mərhələsində "Lokeren"lə qarşılaşmada meydana daxil olması və məşəl yandırmasıdır. Azarkeşın bu hərəkətinə görə "Trabzonspor" UEFA-ya 55 min avro ödəyəcək.
Qeyd edək ki, "Lokeren" - "Trabzonspor" oyunu 1:1 hesabı ilə yekunlaşıb.