Hakimlərimiz “Şaxtyor” – “Atletik” oyununu idarə edəcək

10:55 - 18 Noyabr 2014

Çempionlar Liqasına təyinat

 

FIFA referisi Rəhim Həsənov yeni təyinat alıb. 

 

Sportal.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klubların gənclərdən ibarət komandaları arasında təşkil olunan UEFA Gənclər Liqası turnirinin H qrupunda noyabrın 25-də, Ukraynanın Lvov şəhərində keçiriləcək “Şaxtyor” (Donetsk, Ukrayna) - "Atletik Bilbao" (İspaniya) oyununun baş hakimi Rəhim Həsənov olacaq.

 

Qeyd edək ki, Rəhim Həsənova Yaşar Abbasov və Nahid Əliyev kömək edəcək.

Xəbər xətti