"Neftçi"nin baş məşqçisi istefa verdi

18:10 - 19 Noyabr 2014

"Neftçi"yə gələcək oyunlarda uğurlar arzu edirəm"

 

“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Elşad Əhmədov bu gün “Simurq” klubuna məğlubiyyətdən sonra istefa verib.

 

Sportal.az xəbər verir ki, istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub.

 

Elşad Əhmədov bununla bağlı klubun rəsmi saytına açıqlama verib: “Neftçi” hər zaman yüksək yerlər uğrunda mübarizə aparan komandadır. Mən əvəzedici heyətlə çempion olmuşam. Hazırda isə AFFA-nın təşkil etdiyi “A” kateqoriyalı məşqçilik kurslarına qatıldığıma görə Zaqataladakı oyunda iştirak edə bilmədim. Lakin əvəzedicilərin son zamanlardakı çıxışı qənaətbəxş deyildi. Buna görə də bu gün istefa ərizəmi klub rəhbərliyinə təqdim etdim. “Neftçi”yə gələcək oyunlarda uğurlar arzu edirəm”.

Xəbər xətti