"Rəqibi yaxşı analiz etmişdik"
"Qarabağ"ın hücumçusu İnnosent Emeqaranın azerisport.az saytına müsahibəsi
- "Bakı" ilə oyun haqda nə deyə bilərsiz?
- Çətin və maraqlı oyun alındı. Rəqib ilk iki qolumuza cavab versə də, sonda qələbəni əldə edə bildik. Fikrimcə, layiqli qələbə qazandıq.
- Matçın belə çətin alınacağını gözləyirdiz?
- "Bakı"nı yaxşı analiz etmişdik. Bilirdik ki, gənclərdən ibarət komandadı, sonadək mübarizə aparmağı xoşlayırlar. İstənilən halda, bizim üçün qələbə qazanmaq vacib idi və buna da nail olduq.
- Rəqib komanda haqda daha nə deyə bilərsiz?
- Yaxşı komandadı. Onlar da sonadək vuruşdular. Amma bu, futboldu, biri qalib gəlir, digəri uduzur. Bu gün də güclü olan tərəf "Qarabağ" idi.
- Siz 5 oyuna 5 qol vurmusuz...
- Bu göstəriciyə imza atdığıma görə şadam. Buna ancaq sevinmək olar.
- Yəqin ki, azarkeşlər sizdən bunun davamını gözləyirlər...
- Mən də bunun üçün əlimdən gələni edəcəm. Bu, mənim üçün yaxşı nəticədi. Amma komanda yoldaşlarım da bu yöndə mənə kömək etməlidilər.