Mahir oynadı, “Karşıyaka” derbidən qalib ayrıldı VİDEO

02:30 - 23 Noyabr 2014

Can Erdem komandasına 3 xal bəxş etdi
 
Türkiyə PTT I liqasında 10-cu  tura start verilib.
 
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Mahir Şükürovun çıxış etdiyi "Karşıyaka" doğma meydanda "Bucaspor"u qəbul edib.
 
Şükürov start heyətində yer alaraq 90 dəqiqə meydanda olub. Can Erdemin penaltidən vurduğu qolla “Karşıyaka” 1:0 hesabı ilə İzmir derbisindən qalib ayrılıb.  
 
Qeyd edək ki, "Karşıyaka" 10 turdan sonra 14 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
 

Xəbər xətti