Həmyerlimiz 83 dəqiqə meydanda olub
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 10-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" klubu da növbəti matçına çıxıb. Komanda doğma meydanda "Altınordu" ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesblı qələbəsi ilə yekunlaşıb.
Cavid meydana start heyətdə çıxıb. Futbolçumuz görüşün 83-cü dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, "Elazığspor" turnir cədvəlində 15 xalla 6-cı pillədədir.