Futbolçu məşqə gecikib
Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev klubun nizam-intizam qaydalarını pozduğuna görə cəzalandırılıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, futbolçu bu gün komandanın oyunöncəsi toplanışına gecikdiyi üçün məşqə buraxılmayıb.
A.Abdullayevlə bağlı qəti qərar 13-cü turun matçından sonra keçiriləcək klubdaxili iclasda veriləcək.