“Əskişəhərspor” rəqibini üstələdi
Türkiyə Superliqasında 10-cu turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub. Açılış matçında “Çaykur Rizəspor” və “Başakşəhər” qarşılaşmasında sevinən tərəf qonaqlar olub.
Turun mərkəzi qarşılaşmasında “Qalatasaray” “Türk Telekom Arena”da “Trabzonspor”u qəbul edib. Ərsun Yanalın başçılığı altında ilk oyununda Qara dəniz təmsilçisi imtahandan üzüağ çıxıb. “Beşiktaş” dogma publika önündə “Kasımpaşa”nı qonaq edib. “Qara qartallar” rəqibini 2:0 hesabı ilə məğlub edərək birinci pilləyə yüksəlib.
Türkiyə Suiperliqası 10-cu tur
22 noyabr
“Çaykur Rizəspor” - “Başakşəhər” 0:2
Qollar: Mossoro, 2, Şəntürk, 50
“Akhisar” - “Mersin İdmanyurdu” 1:1
Qollar: Kısa, 67 - Velliton, 77
“Qalatasaray” - “Trabzonspor” 0:3
Qollar: Medyani, 58, 76, Ərdoğan, 86
23 noyabr
“Gənclərbirliyi” - “Karabükspor” 2:2
Qollar: Stanku, 23, 45 - Traore, 40, Viola, 59
“Konyaspor” - “Qaziantepspor” 2:0
Qollar: Rangelov, 47, Kabze, 77
“Əskişəhərspor” - “Kayseri Ərciyəsspor” 2:1
Qollar: Causiç, 35, Laval, 86 – Yıldırım, 49
“Beşiktaş” - “Kasımpaşa” 2:0
Qollar: Demba Ba, 27-pen, 45
24 noyabr
21:00. “Balıkesirspor” – “Sivasspor”
22:00. “Bursaspor” – “Fənərbaxça”
saytlarin hazirlanmasi