XIV turun hazırlığı
Premyer Liqanın son turunda "Kapital Bank Arena"da "Bakı" ilə heçə-heçə (1:1) edən "Sumqayıt" bir günlük istirahəti başa vurub.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gündən etibarən Aqil Məmmədovun rəhbərliyi altında AZAL-la oyunun hazırlığına başlayıb.
"Kapital Bank Arena"da səhər məşqinə çıxan "Sumqayıt" tam heyətlə məşq edib.
Qeyd edək ki, AZAL - "Sumqayıt" oyunu noyabrın 29-da "AZAL Arena"da keçiriləcək və saat 15:00-da start götürəcək.
saytlarin hazirlanmasi