Konte matçlardan sonra pivə içən futbolçusuna dəstək oldu

17:14 - 14 Dekabr 2016

"Çelsi"nin baş məşqçisi Antonio Konte matçlardan sonra soyunub-geyinmə otağında pivə içdiyi deyilən Dieqo Kostaya dəstəyini nümayiş etdirib.

 

Sportal.az xəbər verir ki, italyan çalışdırıcı oyunlardan sonra spirtli içki içən futbolçusu haqda danışıb. O, İspaniya millisinin üzvünə dəstək olduğunu bildirib:

 

"Matçdan sonra bir pivə və ya kola içmək yaxşıdı. Ancaq çox yox, yalnız bir dənə. Təbii ki, bunu oyundan dərhal sonra etməlisiz, 1 saat keçdikdən sonra yox"

 

Peşəkar futbolçulara sahib olduğunu bildirən Konte "Oyunçularım çox peşəkardı. Onlara bir baş məşqçi olaraq "bunu edin, ya etməyin" deməyə ehtiyac yoxdu. Hamısı nəyi etməli olduğunu və nəyi etməməli olduğunu çox gözəl bilirlər" deyərək fikirlərini yekunlaşdırıb.

Xəbər xətti