İngiltərənin ən qoca futbolçusu olan Dikki Bortvik karyerasını bitirmək niyyətində deyil.
Sportal.az xəbər verir ki, hazırda 81 yaşı olan Bortvik “Mirror” qəzetinə verdiyi açıqlamada klub axtarışında olduğunu deyib: “40 ildir ki, “Dorset Uyke Reyncers” klubunun uğurları üçün çalışırdım. Hazırda komandamız dağılıb. Veteranların hamısı komandadan ayrıldılar. 2 həftəyə yaxındı ki, futbolsuz qalmışam. Karyeramı bitirmək niyyətində deyiləm və hər hansısa komandada sol cinahda oynaya bilərəm”.
Qeyd edək ki, Bortvik 1949-cu ildən futbol oynayır. O, karyerası ərzində 400-dən çox qol vurub.
saytlarin hazirlanmasi