İlkay Gündoğanın durumuna aydınlıq gəldi

18:50 - 15 Dekabr 2016

İngiltərə Premyer Liqasının XVI turunda "Uotford"la matçda zədə alan "Mançester Siti"nin futbolçusu İlkay Gündoğanın durumuna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir türk əsilli futbolçu uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Tibbi müayinənin nəticəsinə görə, yarımüdafiəçinin diz bağlarında zədə aşkarlanıb. Onun 6 aydan sonra məşqlərə başlayacağı bildirilir.

 

Qeyd edək ki, Gündoğan ötən gecə baş tutan matçın 44-cü dəqiqəsində rəqib futbolçu Nordim Amrabatla mübarizədə zədələnmişdi.

 

Xəbər xətti