Son olaraq PAOK-da çıxış edən bolqar hücumçu Dimitar Berbatov “Mançester Yunayted”ə qayıda bilər.
Sportal.az xəbər verir ki, azad agent statusu daşıyan 35 yaşlı futbolçunun "qırmızı şeytanlar"a futbolçu yox, məşqçi kimi gələcəyi gözlənilir. Berbatovun “Mançester Yunayted”in məşqçilər korpusunda yer alacağı gözlənilir. Bu barədə məlumatı Bolqarıstan mətbuatı yayıb.
Qeyd edək ki, Berbatov 2008-2012-ci illərdə “Mançester Yunayted”də çıxış edib. O, çıxdığı 108 oyunda 48 qol vurub.