İbrahimoviç: "İsveç mənim üçün qəlyanaltı idi"

11:59 - 16 Dekabr 2016

"Mançester Yunayted"in isveçli superulduzu Zlatan İbrahmoviç açıqlamaları ilə gündəmi yenidən zəbt edib.

 

Sportal.az xəbər verir ki, təcrübəli forvard İngiltərə mətbuatına verdiyi açıqlamada bunları söyləyib:

 

"İsveçli idmançıların uğurlarından məmnun deyildim. Dünyanı gördüm və bir hissəsi olmaq istədim. Dünya məni görməli idi. İsveç mənim üçün çox kiçik ölkə idi. Böyük xəyallarım var idi. İsveç mənim üçün sadəcə, bir qəllyanaltı idi".

 

İbrahimoviç sözlərinə belə davam edib:

 

"Hər kəs kimi olmaq niyyətim yoxdur. Həmişə tarix yazmaq istəyirəm. İstəyirəm ki, mən gedəndən sonra da insanlar mənim haqda danışsınlar".

Xəbər xətti