Məsut Özil və Aliksis Sançeslə yeni müqavilə imzalanmaması "Arsenal"ın gündəmindəki əsas məsələdi.
Sportal.az xəbər verir ki, "topçular"ın baş məşqçisi Arsen Venger hər iki futbolçuyla yeni sözləşmə imzalayacaqlarına inanır.
Bu mövsüm komandanın Premyer Liqadakı uğurlu çıxışında əsas pay sahiblərindən olan Aleksislə Məsutun müqavilələri 2018-ci ilin yayında başa çatacaq. Onların maaşlarının artırılmasını tələb etməsi "Arsenal" azarkeşlərinin narahat etməyə başlayıb. Lakin Venger bu məsələdə arxayın görünür.Yerli mətbuata açıqlama verən təcrübəli mütəxəssis hər iki futbolçunun istədiyi məbləği ödəməyə hazır olduqlarını bildirib:
"İki futbolçunun da istəklərini qarşılayacaq maliyyə imkanımızın olduğuna inanıram. Amma bu oyunçuların müqaviləsinin bitməsinə hələ 18 ay qalıb. Bu suallar üçün niyə belə tələsirsiz, başa düşmürəm. Yəqin ki, mətbuatda yaradıcılıq əksikliyi var. Yoxsa, hər mətbuat konfransında bu mövzu açılmazdı".
saytlarin hazirlanmasi