İngiltərə Premyer Liqasının 17-ci turunda "Arsenal" səfərdə "Mançester Siti"yə 1:2 hesabı ilə uduzub.
Sportal.az xəbər verir ki, oyundan sonra "topçular"ın çalışdırıcısı Arsen Venger hakimlərdən narazı qalib. Təcrübəli mütəxəssis hər iki qolun oyundanənar vəziyyətdən vurulduğunu bildirib:
“İlk hissə sürətli keçdi. İkinci hissədə isə zəif oynadıq. Hakimlər mövsüm boyu əleyhimizə çox qərarlar veriblər. Bu oyunda qapımızda gördüyümüz hər iki qolda oyundanənar vəziyyət var idi. Səhv qərarlar həmişə bizim əleyhimizə verilir, yetər artıq! İkinci qol zamanı ən azı 5 metrlik ofsayd var idi. Bunlara qarşı nə edə bilərik? Edə biləcəyimiz tək şey baxmaq və oyununun təhlilini etməkdi”.
Qeyd edək ki, "Arsenal" 34 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi