“Lester”in və İngiltərə millisinin üzvü Ceymi Vardi ağır cəzaya məruz qalıb.
Sportal.az xəbər verir ki, hücumçunun cəzalanmasına, Premyer Liqanın “Stok Siti”yə qarşı son oyununda (2:2) ona göstərilən qırmızı vərəqəyə etiraz etməsi səbəb olub.
Cəzaya əsasən, Vardi “tülkülər”in qarşıdakı 3 oyununu kənardan izləməli olacaq. Bu da o deməkdi ki, Ceymi “Lester”in “Everton”, “Vest Hem” və “Midlsbro”ya qarşı oyunlarında forma geyinməyəcək.
saytlarin hazirlanmasi