Qvardiola: "Messidən sonra çalışdığım ən yaxşı futbolçu odur"

13:58 - 21 Dekabr 2016

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın aparıcı simalarından olan Kevin de Bruyne haqda açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis belçikalı yarımmüdüfaiəçini birgə çalışdığı ən yaxşı 2-ci futbolçu hesab edib:

 

“Kevin Messidən sonra birlikdə çalışdığım ən yaxşı oyunçudu. Leonun öz oyun tərzi var. Bruyne oyunu möhtəşəm şəkildə oxumağı bacarır. Meydanı yaxşı görür və nələri edəcəyini çox gözəl anlayır. Bu cür futbolçulara sahib olduğumuz üçün şanslıyıq”.

 

Qeyd edək ki, Kevin de Bruyne 2015-ci ildən “şəhərlilər”in şərəfini qoruyur.

Xəbər xətti