"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo uzun müddət bu klubda qalacağını bildirib.
Sportal.az xəbər verir ki, 53 yaşlı mütəxəssis Çin klublarnın ona göndərdiyi təklifləri qəbul etmədiyini açıqlayıb:
"Çin klublarının verdiyi məbləğ hər kəs üçün cəlbedici olur. Lakin mən futbolu ən yüksək səviyyədə olanda daha çox sevirəm. "Mançester Yunayted"də daha çox qalmaq istəyirəm. Hazırda ən doğru yerdəyəm. Hələ bir müddət də burada qalacam. "Mançester Yunayted" rəsmiləri də bilir ki, bir gün yeni müqavilə gətirsələr, mən düşünmədən yenidən imzalayacağam. Çünki buradakı futbolu çox sevirəm, hələ çox cavanam. Çin kimi yerlərə də getməyə kifayət qədər vaxtım var".
Qeyd edək ki, Mourinyo "qırmızı şeytanlar"ı bu ildən çalışdırır.
Əlavə edək ki, Manuel Pelleqrini, Andre Villaş-Boaş kimi mütəxəssislər Çində çalışırlar.
saytlarin hazirlanmasi