Sterlinq: "Qvardiolanın göstərişləri oyunuma kömək edir"

15:47 - 22 Dekabr 2016

"Mançester Siti"nin futbolçusu Rahim Sterlinq baş məşqçiləri Pep Qvardiola haqqında danışıb. 

 

Sportal.az xəbər verir ki, 22 yaşlı oyunçu Qvardiolanın ona çox kömək etdiyini bildirib:

 
"Hazırda 22 yaşım var. Bu da mənə daha çox öyrənməyə imkan verir. Mənim mövqeyimdə olan futbolçuları daha yaxından izləyirəm. Ən yaxşı taktikaları öz oyunuma əlavə edirəm. Qvardiolanın köməyi isə əvəzsizdir. Onun göstərişləri həmişə oyunuma kömək edir. Düşünürəm ki, Qvardiolanın nəticələri inkişafın hansı səviyyədə olduğunu kifayət qədər göstərə bilir. Mövsümün sonunda nə əldə edəcəyimizi səbirsizliklə gözləyirəm".

 

Xəbər xətti