Paytaxt klubunda 6 illik müqavilə FOTO

18:58 - 22 Dekabr 2016

Londonun "Tottenhem" klubu bir futbolçusu ilə yeni müqavilə imzalayıb. 

 

Sportal.az xəbər verir ki, söhbət Fransa millisinin üzvü Huqo Llorisdən gedir. Klubun rəsmi saytında yer alan xəbərə görə, 29 yaşlı qolkiper bu gün yeni sözləşməyə imza atıb. Sazişin şərtlərinə görə, təcrübəli əlcək sahibi 2022-ci ilə qədər paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, Lloris 2012-ci ildə "Lyon"dan transfer olunub. O, Premyer Liqa klubunun heyətində 146 oyunda meydana çıxıb.

 

Görüntünün olası içeriği: 2 kişi, gülümseyen insanlar, oturan insanlar

Xəbər xətti