"İbrahimoviç özünü tanrı hesab edir"

14:33 - 23 Dekabr 2016

“Mançester Yunayted”in əfsanəvi müdafiəçisi, hazırda ekspert kimi çalışan Qari Nevill "qırmızı şeytanlar"ın ulduz futbolçusu Zlatan İbrahimoviçdən danışıb.

 

Sportal.az xəbər verir ki, Nevill Zlatanın komadaya uyğun futbolçu hesab edib:

 

“Son 2-3 ildə edilən transferlər “Mançester Yunayted”ə uyğun deyildi. Hazırda komanda bir az daha inkişaf edib. Zlatan İbrahimoviç və Pol Poqba kimi futbolçuların xarakteri, təkəbbürlü olmaları komandanın inkişafında vacib rol oynadı. “Mançester Yunayted” elə klubdu ki, bu klubun oyununa baxanda bir az təkəbbür görmək istəyirsən. Əylənmək istəyirsən, sıxılmaq yox. Bu futbolçuların gəlişindən sonra bunu görməyə başladım. İbrahimoviçin təkəbbürü ən üst səviyyədədi. O, özünü tanrı sayır. Məncə, bu, “Mançester Yunayted”in və azarkeşlərinin istədiyi şeydi. Azarkeşlərə Erik Kantona, Corc Best, Kriştiano Ronaldo kimi futbolçular lazımdı. Onlar futbolçuların xarakterinin komandaya da təsir etməsini gözləyirlər”.

 


Xatrıladaq ki, Nevill karyerası ərzində ancaq “Mançester Yunayted”in şərəfini qoruyub. O, 1992-2011-ci illər aralığında mankunianların heyətində top qovub.

 

Xəbər xətti