"Everton" klubu hücumçusu Romelu Lukaku ilə müqaviləni yeniləmək niyyətindədir.
Sportal.az xəbər verir ki, bu barədə klubun çalışdırıcısı Ronald Kuman danışıb:
"Yeni müqavilə imzalamaq üçün danışıqlar gedir. İnanıram ki, razılaşa biləcəyik. Futbolda bir il ərzində nələrin olacağın heç kim dəqiq deyə bilməz. Lukaku "Everton"un gələcəyinin böyük hissəsidir. Razılaşma imzalansa belə, Lukakunun sona qədər qalacağı məlum deyil. Bu, futboldur, biznesdir. Hazırda düşünürəm ki, yeni müqavilə hamı üçün xoş xəbər olacaq".
saytlarin hazirlanmasi