"Arsenal"ın müdafiəçisi Qranit Caka emosional hərəkətlərinə görə gələn tənqidlərə cavab verib.
Sportal.az xəbər verir ki, isveçrəli futbolçu heç kimə görə dəyişməyəcəyini açıqlayıb:
"Bəzən oyunlarda elə an olur ki, sən özünə hakim ola bilmirsən. Oyun zamanı emosialardan çox istifadə edirəm, çünki çılğın bir futbolçuyam. Bunu oyunlarımda da göstərirəm. Bu cür oynamağı sevirəm. Bəzən rəqiblə anlaşa bilirsən, bəzən isə yox. Bu, idmandır və bu kimi səbəbləri problem kimi görmürəm. Özümü dəyişmək niyyətində də deyiləm. İnsanlar qəbul etsə də, etməsə də, mən beləyəm. Zəif və güclü tərəflərimi bilirəm. 24 yaşım olduğu üçün düşünürəm ki, bunları təhlil etməyə və inkişaf etdirməyə kifayət qədər vaxtım var".
Qeyd edək ki, futbolçunun oyun zamanı etdiyi hərəkətlərinə görə klubun çalışdırıcısı Arsen Venger də xəbərdarlıq etmişdi.
saytlarin hazirlanmasi