Bu il korrupsiya əməllərinə görə İngiltərə millisindən kənarlaşdırılan Sem Ellardays özünə yeni iş yeri tapıb.
Sportal.az xəbər verir ki, 62 yaşlı mütəxəssis İngiltərə Premyer Liqa təmsilçisi “Kristal Pelas”la anlaşıb. Bu barədə məlumatı paytaxt klubu yayıb. Ellardays “qartallar”la 2,5 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Ellerdays transfer hüquqları üçüncü şəxslərdə olan futbolçuların İngiltərəyə transferi üçün vasitəçilik edib və bu işdən 400 min funt sterlinq qazanıb. İddiaya görə, o, millinin baş məşqçisi olmaq haqqından sui-istifadə edərək, bəzi şəxslərə qeyri-qanuni olan transfer yolunu qanuni hala gətirməyin yollarını başa salır və buna görə rüşvət alırmış.
saytlarin hazirlanmasi