Roy Hocson təkliflər gözləyir: "Dəyərləndirməyə hazıram"

01:01 - 26 Dekabr 2016

İngiltərə millisinin sabiq baş məşqçisi Roy Hocson açıqlama verib. 

 

Sportal.az xəbər verir ki, mütəxəssis yenidən məşqçilik etməyə hazır olduğunu söyləyib:

 

"İşləmək istərdim, amma tələsmirəm. Təklifləri dəyərləndirməyə hazıram".

 

AÇ-2016-da İslandiya millisinə 1:2 hesabı ilə uduzaraq istefaya göndərilən Hocson məğlubiyyətin səbəbini açıqlayıb: 


"Mən İslandiya sözünü yenidən eşitmək istəmirəm. O oyun bizə ağır bir sürpriz oldu. Biz oyuna çox yaxşı hazırlaşmışdıq. Məşqlər əla keçmişdi, oyunçuların da motivasiyası yerində idi. Bir sıra üstünlüklərimiz özümüzdə qalibiyyətə əminlik yaratdı. Bilirsiz, məğlub durumunda olarkən, "Görəsən, bu arxayınlığı necə dayandıra bilərəm?", - deyə düşündüm. 2-ci hissə ərzində hələ də vəziyyətə inana bilmirdim. Çox pis durum idi. Dəqiqələr sona çatdıqca "Bu belə olmamalıdır, vəziyyəti necə dəyişim?", - deyə fikirləşirdim. Ancaq sonda artıq sözlər də bitdi. Heç kəsə deyəcək bir sözüm yox idi. "Hər şey yaxşı olacaq" kimi sözlər isə sadəcə təsəlli idi. Ən pis oyunumu 56 yaşımda göstərdim və bununla da komandadan ayrıldım".

 

Xəbər xətti