"Liverpul"un futbolçusu Roberto Firmino sərxoş halda avtomobil idarə edərkən saxlanılıb.
Sportal.az xəbər verir ki, hadisə ötən gün baş verib. Polis 25 yaşlı futbolçunu saxlayarkən onun normadan artıq spirtli içki qəbul etdiyi üzə çıxıb.
Artıq iş məhkəməyə gedib çıxıb. Məhkəmənin futbolçunun cəzası ilə bağlı yekun qərarı yaxın günlərdə açıqlayacağı gözlənilir.
Qeyd edək ki, "Mançester Siti"nin futbolçusu Yaya Ture də bir müddət öncə Fimrinonun aqibəti ilə üzləşmişdi. Yaya 18 ay müddətində sürücülük hüququndan məhrum edilmişdi.
saytlarin hazirlanmasi