PSJ "Liverpul"un futbolçusuna "elçi düşdü"

18:59 - 26 Dekabr 2016

"Liverpul"un braziliyalı yarımmüdafiəçisi Filipe Koutinyo Avropanın nəhəng klublarının diqqət mərkəzindədi.

 

Sportal.az xəbər verir ki, Fransanın PSJ klubu gənc futbolçunu heyətinə qatmaq istəyir. Paytaxt təmsilçisi 24 yaşlı futbolçu üçün "Liverpul"a 40 milyon avroluq təklif etməyə hazırlaşır.

 

Qeyd edək ki, Koutinyo 2013-cü ildən "Liverpul"da çıxış edir. O, Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 120 matçda 26 dəfə fərqlənməyi bacarıb.

Xəbər xətti