Rayan Giqqz baş məşqçi kimi fəaliyyətə başlaya bilər.
Sportal.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Yayılan məlumata görə, o, "Suonsi Siti" klubunu çalışdıra bilər. Hazırda tərəflər arasında danışıqlar getdiyi bildirilir.
Maraq üçün bildirək ki, futbolçu karyerasını başa vurduqdan sonra Giqqz, "Mançester Yunayted"in məşqçilər korpusunda yer almışdı.
Qeyd edək ki, uğursuz nəticələrdən sonra ötən gün Premyer Liqa təmsilçisi baş məqşçisi Bob Bredli ilə yollarını ayırıb.
saytlarin hazirlanmasi