“Liverpul”un baş məşqçisi Yurgen Klopp maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis "Liverpul" - "Stok Siti" matçını (4:1) matçını staiondan izləyən "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola haqda danışıb:
“Mançester Sitiyə böyük hörmətim var. Ancaq indiyə kimi onların heç bir oyununa “Etihad”da tribunadan baxmamışam. Qvardiolanın bizim oyunumuzu stadiondan izləməsinin səbəbi ola bilər ki, onun gözəl futbol izləmək istəməyi olub".
Klopp 31 dekabr keçirləcək "Liverpul" - "Mançester Siti" matçı haqda da danışıb:
“Mançester Siti”ylə oyunu gözləyirik. Bu, hər 2 komanda üçün çətin oyundur. Bizim üçün yaxşı xəbər odur ki, oyun bizim stadionda baş tutacaq”.
saytlarin hazirlanmasi