Koutinyo Braziliyada ən yaxşı seçildi

14:20 - 1 Yanvar 2017

Braziliyanın Avropada oynayan ən yaxşı oyunçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bu ada “Liverpul”un yarımmüdafiəçisi Filippe Koutinyo layiq görülüb. Ona ənənəvi “Samba d'Or” mükafatı təqdim edilib.

 

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi səslərin 32.13 faizini toplayıb. O, bu sorğuda 2014 və 2015-ci illərdə mükafatın qalibi olan “Barselona”lı Neymarı (27.88 %) qabaqlayıb. Üçüncü yeri “Real”lı Kazemiro (13.35 %) tutub.

Xəbər xətti