Topaz Premyer Liqasında mövsümün rekordu

Topaz Premyer Liqasında mövsümün rekordu qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, XI turun 4 oyununda qapılara 17 top vurulub. Orta məhsuldarlıq 4,25-ə bərabər olub. “Səbail” “Sabah”ı 4:0, “Keşlə” “Sumqayıt”ı 4:1, “Qarabağ” “Qəbələ”ni 3:1 hesabı ilə yenibsə, “Neftçi” və “Zirə” arasında görüşdə qalib müəyyənləşməyib – 2:2.

 

Cari mövsüm üçün rekord göstərici olan bu rəqəm Azərbaycan çempionatlarının son ilyarımı üçün ən yüksək məhsuldarlığıdır.

 

Sonuncu dəfə 2016/17 mövsümünün XXVII turu isə qollarla daha zəngin olub. 2017-ci il aprelin 23-24-də baş tutan 3 görüşdə 13 top vurulub və orta göstərici 4,33-ə bərabər olub. Həmin vaxt “Kəpəz” AZAL-ı, “Qarabağ” “Sumqayıt”ı eyni – 2:1, “Qəbələ” isə “İnter”i 4:3 hesabı ilə udmuşdu. Turun bir matçının nəticəsi isə ləğv edilmişdi. Söhbət “Zirə” – “Neftçi” qarşılaşmasından (2:2) gedir.

Tarix: 12 Noyabr [15:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2018
13  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio