Tərlan Əhmədov Davud Kəriminin ümidinə qaldı: Zəkiyev məşqlərə başlayacaq

17:36 - 24 Aprel 2019

Azərbaycan Premyer Liqasının 25-ci turunda "Qarabağ"la səfər görüşündə ciddi xəsarət alan "Keşlə"nin qapıçısı Şahin Zəkiyevin məşqlərə başlayacağı vaxt müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı əlcək sahibi aprelin 28-dən hazırlıqlara qoşulacaq.

 

Qeyd edək ki, "Keşlə"nin digər qapıçısı Kamran Ağayev zədəyə görə mövsümü başa vurub. Komandanın baş məşqçisi Tərlan Əhmədov yalnız Davud Kəriminin ümidinə qalıb.

Xəbər xətti