"Səbail"də ciddi itki: meydanı xərəkdə tərk etdi

18:11 - 27 Aprel 2019

Azərbaycan Premyer Liqasının 26-cı turunda "Qəbələ"ni qəbul edən "Səbail" ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, meydan sahiblərinin qapıçısı Aleksandr Rıbka 29-cu dəqiqədə hava topuna müdaxilə edərkən rəqib futbolçuyla toqquşub. Ukraynalı qapıçı oyunu davam etdirə bilməyib və meydanı xərəkdə tərk edib. Onun əvəzinə oyuna Elxan Əhmədov daxil olub.

 

İlk hissəsi keçirilən oyunda "Səbail" 2:1 hesabı ilə öndədir.

Xəbər xətti