1444 gündən sonra qayıtdı, 71-ci oldu

Topaz Premyer Liqasının XXVI turu “Zirə”də debütlə əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, “Qarabağ”la matça (0:3) start heyətində çıxan Murad Musayev “qartallar”ın heyətində ilk Premyer Liqa görüşünə çıxıb. 2014/15 mövsümündə də qəsəbə klubunun şərəfini qoruyan müdafiəçi 4 il əvvəl I divizionda 11 qarşılaşmada meydana çıxmışdı. 2015-ci il mayın 14-də keçirilən “Neftçala” ilə ev görüşü (1:3) Muradın “Zirə”nin heyətində son oyunu olub. 1444 gündən sonra yenidən “qartallar”ın əsas komandasında şans qazanan futbolçu bu dəfə Premyer Liqada oynamaq imkanı qazanıb.

 

Musayevə qədər 70 futbolçu ölkə çempionatının yüksək dəstəsində "Zirə"nin formasını geyinmişdi. Müdafiəçi bu siyahıda 71-ci olub.

Tarix: 28 Aprel [15:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Avqust 2019
22  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio