Azərbaycan kubokunda 5-ci dəfə

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Zirə” – “Sumqayıt” görüşündə nadir təsadüf olunan 3:3 hesablı heç-heçə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki. yarışın 27 illik tarixində 5-ci dəfə bu nəticəyə təsadüf olunub. Sonuncu belə məhsuldar heç-heçə 2015/16 mövsümündə qeydə alınmışdı. Həmin vaxt “Qaradağ Lökbatan”la “Şərurspor” hərəyə üç qol vurub.

 

1993-cü ildə “Pambıqçı” (Neftçala) – “Avtomobilçi”, 1998/99 mövsümündə isə “ANS-Pivani” - “Babək” matçları da bu hesabla başa çatıb. 1993/94 mövsümündə isə indiki kimi yarımfinalda altı qolluq heç-heçə qeydə alınıb. “Kəpəz”in “Kür-Nur”la matçında qalib müəyyənləşməyib.

Tarix: 2 May [12:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Noyabr 2019
21  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio