"Kasilyas infarktı evdə keçirmədiyi üçün şanslıdır"

19:38 - 2 May 2019

ş"Portu"nun məşqində infarkt keçirərək, xəstəxanaya yerləşdirilən İker Kasilyasın agenti Karlos Kutropia ispaniyalı qapıçının son durumu barədə açıqlma verib.

 

Sportal.az xəbər verir ki, agent 37 yaşlı qapıçının karyerasını davam edib-etməyəcəyi barədə qərar verilmədiyini deyib: "İnfarktı evdə keçirmədiyi üçün şanslıdır. Çünki məşqdə çoxlu həkim var. Onlar dərhal müdaxilə etdi və xəstəxanaya çatdırıldı. Kasilyas evdə olsaydı, nəticələr bizi yıxa bilərdi. Gələcəyindən danışmadıq. Hazırda onun yaxşılaşması ən vacib məsələdir".

 

Klub məşqdə özünü narahat hiss edən təcrübəli qolkiperin mövsümün sonuna qədər oynamayacağını bəyan edib.

 

Portuqaliya mətbuatı İspaniya millisinin sabiq üzvünün karyerasını bitirmək məcburiyyətində olduğunu yazıb.

Xəbər xətti