Klopp fantastik nəticəni şərh etdi: "Liverpul" "Enfild"də heç vaxt təslim olmaz"

12:25 - 8 May 2019

Çempionlar Liqasının yarımfinal mərhələsində evdə "Barselona"nı 4:0 hesabı ilə məğlub edərək, finala yüksələn "Liverpul"un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

 

Sportal.az xəbər verir ki, alman mütəxəssis öncə fantastik nəticəni şərh edib: "Futbolda hər şey yaşana bilər. Fantastik komandanız, azarkeşləriniz varsa, üstəlik, belə atmosferdə oynayırsınızsa, möcüzələr yarada bilərsiniz".

 

Klopp paltardəyişmə otağında futbolçuları ilə söhbəti barədə bunları deyib: "Enfild"də nəsə var. Bunu rəqiblərimiz də daxil olmaqla hər kəs bilir. "Liverpul" bu meydanda heç vaxt təslim olmaz! Komandamız hər zaman bütün gücünü meydanda qoyub. Matçdan öncə paltardəyişmə otağında futbolçularıma həqiqətləri çatdırdım. İmkansız olduğunu, ancaq şansımızın olduğunu dedim. Mən özüm də bilmirəm ki, uşaqlar bunu necə bacardı. Futbolda çox şey yaşamışam. Dünyanın ən yaxşı komandasına qarşı qazanmaq çətindir. Belə qələ qazanmaq isə imkansız yaxın bir şeydir".

Xəbər xətti