Kovaçın əvəzinə Lopeteqi?

Cari mövsümü qeyri-stabil çıxış edən Almaniyanın "Bayern" klubu baş məşqçisi Niko Kovaçla yolları ayırmaq fikrindədir.

 

Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, Münhen klubu baş məşqçisi postuna mövsümün əvvəlində "Real"dan göndərilən Xulen Lopeteqini gətirmək istəyir. Münhen klubunun idman direktoru Hasan Salihamidziç Madrid klubunda uğursuz nəticələrə imza atan mütəxəssislə görüş keçirib.

 

"Bayern"in hədəfində digər mütəxəssislər də var və onlarla da görüş keçiriləcək.

 

Qeyd edək ki, Kovaç mövsümün əvvəlindən "Bayern"i çalışdırır. Münhenlilər Bundesliqanın çempionu olmağa yaxındır.

Tarix: 8 May [18:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 May 2019
19  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio