Emil Balayev zədələndi, "Tobol" yarımfinala yüksəldi

21:14 - 8 May 2019

Qazaxıstan kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" səfərdə "Kayrat"a 5:1 hesabı ilə qalib gəlib. Kostanay təmsilçisi qələbə sayəsində yarımfinala yüksəlib.

 

Balayev start heyətdə meydana çıxıb. 25 yaşlı qolkiper aldığı zədəyə görə 40-cı dəqiqədə - komandası hesabda 2:0 öndə olarkən məcburi əvəzlənib.

Xəbər xətti