Tomas Tuxel: "Neymardan kapitan olmaz"

13:46 - 12 May 2019

Fransanın PSK klubunun baş məşqçisi Tomas Tuxel komandanın ulduz futbolçusu Neymardan danışıb.

 

Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis braziliyalı futbolçunu gələcəkdə komandanın kapitanı kimi düşünmədiyini deyib: "Hazırda iki kapitanımız var. Tyaqo Silva və Markinyos kapitanımızdır və onları dəyişdirməyəcəyik. Məncə, Neymar kapitanlıq tələblərinə cavab vermir. O, lider və yaradıcı futbolçudur, amma Neymardan kapitan olmaz. Niyə hər kəs bundan danışır, anlamıram. Silva və Markinyosa hörmətsizlikdir".

 

Neymar bu mövsüm 27 oyuna 22 qol vurub, 12 assist edib.

Xəbər xətti