İtaliyanın məşhur klubuna ağır cəza

İtaliya B Seriyasında çıxış edən "Palermo" klubu ağır cəzaya məruz qalıb.

 

Sportal.az xəbər verir ki, İtaliyanın mili federal məhkəməsi Sicilya klubunu C Seriyasına yollayıb. Buna səbəb maliyyə pozuntuları olub.

 

"Palermo" növbəti mövsüm A Seriyasında oynamaq üçün "play-off" oynayacaqdı. Bu qərardan sonra "Peruca" elitaya yüksəlmək üçün yarışacaq. 

 

B seriyasını 17-ci yerdə başa vuran "Foca" isə aşağı liqaya düşməmək üçün "play-out" oynayacaq.

 

Tarix: 14 May [00:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyul 2019
22  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio