Azərbaycanda futbolçunun evindən 5 min dollar oğurladılar

11:18 - 16 May 2019

Bakıda futbolçunun evindən oğurluq olub.

 

Sportal.az “Report”a istinadən xəbər verir ki, “Qəbələ” futbol klubunun qapıçısı Dmitri Bezotosnının yaşadığı mənzildən 5 min ABŞ dolları oğurlanıb.

 

Polisin araşdırması nəticəsində oğurluqda şübhəli bilinən N.M. saxlanılıb. Həmin qadın futbolçunun uşaqlarının dayəsi olub.

Xəbər xətti